Cəlilabadda narkotik aludəçisi bıçaqlandı

Cəlilabadda narkotik aludəçisi bıçaqlandı Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
13 İyul , 2020 00:43
Cəlilabadda narkotik aludəçisi bıçaqlandı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.

İlkin məlumata görə, naməlum şəxs və ya şəxslər tərəfindən rayon sakini, 1966-ci il təvəllüdlü Atayev Vidadi Xeyrulla oğlu qarın boşluğundan bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən yaralıya müvafiq tibbi yardım göstərilib. Hal-hazırda vəziyyəti ağırdır.

Məlumata görə, X. Atayev narkotik aludəçisidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi