Cəlilabad. 12 oktyabr. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Kamaz" markalı yük və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.