Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub, xəsarət alanlar var

Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub, xəsarət alanlar var Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə
12 iyul 2022 16:59
Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə at arabası toqquşub.

Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.

Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi