Cəlilabadda yol qəzasında yaralanan beş nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında yaralanan beş nəfərin kimliyi məlum olub - YENİLƏNİB Cəlilabadda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.
Hadisə
20 Mart , 2023 00:20
Cəlilabadda yol qəzasında yaralanan beş nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, onlar hamısı Cəlilabad rayon sakinləridir.

Qəza nəticəsində 2006-ci il təvəllüdlü Q.Məmmədov, 1993-cü il təvəllüdlü A.Hüseynov, 1999-cu il təvəllüdlü R.Məmmədov, 1997-ci il təvəllüdlü M.Məmmədov və daha bir nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

2023-03-19 23:45

Cəlilabadda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərindən Privolnoye kəndinə gedən yolda qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili aşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi