Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananların adları açıqlanıb - YENİLƏNİB-2 - SİYAHI - FOTO

Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananların adları açıqlanıb - YENİLƏNİB-2 - SİYAHI - FOTO Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb
Hadisə
4 May , 2017 10:22
Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananların adları açıqlanıb - YENİLƏNİB-2 - SİYAHI - FOTO

Cəlilabad. 4 may. REPORT.AZ/ Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 10 nəfərinin adı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, 10 nəfər yaralıdan 1-i Cəlilabad Rayon Mərkəzi xəstəxanasının travmotologiya, 9 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxslər bunlardır:

2001-ci il təvəllüdlü Nəzrin İntiqam qızı Qəhrəmanova

Günəş Mahmudlu 

Ülfət Mahmudlu

1969-cu il - Xuraman Zakir qızı Abışova

1990-cı il  -Tünzalə Hüseynağa qızı Fərəcova

1979 cu il- Könül Mirzəyeva

1996-cı il - Mələk Fəxrəddin qızı Rəhimova

1992-ci il - Rəvanə Elşad qızı Abbasova

1988 - ci  il Elnarə Malik qızı Əhmədova

1988-ci il - Ülkər Mahmudova

*** saat 10:02

Cəlilabad. 4 may. REPORT.AZ/  “Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb

Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib.

**** saat 09:50

Cəlilabad. 4 may. REPORT.AZ/ Cəlilabadda mikroavtobus yanıb, yaralılar var. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.

İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi