Cəlilabadda meşədə yanğın oldu

Cəlilabadda meşədə yanğın oldu Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.
Hadisə
28 Avqust , 2020 23:21
Cəlilabadda meşədə yanğın oldu

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Fətullaqışlaq kəndi yaxınlığında yerləşən meşə ərazisində qeydə alınıb.

Yanğın nəticəsində 0,3 hektar sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilməklə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi