Cəlilabadda məscidin nəzir qutusundan oğurluq edilib

Cəlilabadda məscidin nəzir qutusundan oğurluq edilib Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.
Hadisə
26 İyun , 2019 12:29
Cəlilabadda məscidin nəzir qutusundan oğurluq edilib

Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

Məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi