Yuxarı

Cəlilabadda itkin düşmüş məktəbli tapılıb - YENİLƏNİB

Cəlilabadda məktəbli itkin düşüb

451

Cəlilabad rayonunda itkin düşmüş məktəbli tapılıb.

Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Məlumata görə, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlunu həmin kəndin sakinləri rayon mərkəzində tapıblar.

Yeniyetmənin gecəni rayon mərkəzində keçirdiyi məlum olub.


*** 09:38

Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.

Bu barədə “Report”a onun atası Elman Miriyev məlumat verib.

Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.

Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.

Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi