Cəlilabadda məktəb yanıb

Cəlilabadda məktəb yanıb Cəlilabad rayonunda yanğın hadisəsi baş verib
Hadisə
7 Avqust , 2020 09:16
Cəlilabadda məktəb yanıb
0 : 00
0 : 00

Cəlilabad rayonunda yanğın olub. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Cəfərli kəndində, orta məktəb binasında baş verib.

Nəticədə ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi