Cəlilabadda məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq ölüb

Cəlilabadda məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Avqust , 2017 09:47
Cəlilabadda məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq ölüb

Cəlilabad. 3 avqust. REPORT.AZ/ Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.

"Report"un Aran bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi