Cəlilabadda maşın beton səddə çırpılıb, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Cəlilabadda maşın beton səddə çırpılıb, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB Cəlilabad. 26 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
26 Avqust , 2018 02:03
Cəlilabadda maşın beton səddə çırpılıb, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB
Report

Cəlilabad. 26 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Masallı sakini Ələsgər Hüseynov “Mercedes” markalı minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən maşın dəmir-beton səddə çırpılıb. Nəticədə sürücü, avtomobildə olan Masallı sakinləri Əliağa Orucəli oğlu Ələsgərov, Saleh Meybulla oğlu Mehdiyev, Vidadi Qasım oğlu Qasımov və Mahir Cəbi oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***01:37

Cəlilabad. 26 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol qəzası zamanı yralananların sayı 5-ə çatıb.

“Report”un Aran bürosu xəbər verir ki, yarlılar Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasedicilər tərəfindən xüsusi alətlərdən istifadə olunmaqla deformasiyaya uğrayan avtomobildən çıxarılıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri ağır olaraq qalır.

***00:58
Cəlilabad. 26 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə hadisə bu gün gecə saatlarında yeni çəkilən Ələt-Astara magistral yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, hadisə nəticəsində bir neçə nəfər ağır yaralanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi