Cəlilabadda mal-qara oğruları saxlanılıb - FOTO

Cəlilabadda mal-qara oğruları saxlanılıb - FOTO Cəlilabad rayonunda mal-qara oğruları saxlanılıb.
Hadisə
18 İyul , 2019 20:12

Cəlilabad rayonunda mal-qara oğruları saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, saxlanılan şəxslər rayonun Sabirabad kəndində Valeh Babayevə məxsus 8 baş camışı oğurlayıblar.

Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini İsaxan Sadiqov və Cəlilabad rayon sakinləri - Taleh FərzəliyevSəbuhi Abbasov saxlanılıb.

Məlumata görə, onlar oğurladıqları heyvanları Mahmudçalada yerləşən fermaya toplayıb, sonra Bakıdakı ət kombinatlarına göndərirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi