Yuxarı

Cəlilabadda kütləvi dava zamanı bir nəfər xəsarət alıb

Cəlilabad. 25 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda kütləvi dava baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, Bakı şəhərinin Pirallahı rayon sakini, 1981-ci il təvəllüdlü Qafarov Emil Telman oğlu dava zamanı döyülüb.

Yaralı göz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normaldır.

Zərərçəkmişin sözlərinə görə, onu tanıdığı şəxslər döyüb. Məlumata görə, E.Qafarov Cəlilabad rayonuna işləməyə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi