Yuxarı

Cəlilabadda körpə enerji batareyası udaraq ölüb - YENİLƏNİB

Cəlilabadda körpə enerji batareyası udaraq ölüb

Cəlilabad rayonunda enerji batareyası uydan uşaq xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər veri ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.


***11:45

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, iki yaşlı körpə ağır vəziyyətdə xəsətxanaya çatdırılıb. 

Məlum olub ki, uşağın mədəsində yad cism var. 

Uşaq Bakıdakı özəl klinikalardan birinə çatdırılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi