Cəlilabadda koronavirusa görə polis nəzarəti gücləndirildi - VİDEO - YENİLƏNİB

Cəlilabadda koronavirusa görə polis nəzarəti gücləndirildi - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
2238
22 İyun , 2020 22:01
Cəlilabadda koronavirusa görə polis nəzarəti gücləndirildi - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***18:18

Cəlilabad rayonunun koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərində polis nəzarəti gücləndirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi ilk iki gün ərzində 10 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu aşkarlanıb. Həmin şəxslər barəsində inzibati cərimələr tətbiq edilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işlərinə start verilib.

Bu məqsədlə kommunal xidmətin texnikaları ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı texnikaları dezinfeksiya işlərinin aparıldığı əraziyə cəlb olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Cəlilabad rayonunun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub.

Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib.  Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi