Cəlilabadda kənd sakinlərinin atları oğurlanıb

Cəlilabadda kənd sakinlərinin atları oğurlanıb Cəlilabad. 22 aprel. REPORT.AZ/ Cəlilabadda kənd sakinlərinə məxsus atlar örüş sahəsindən oğurlanıb.
Hadisə
22 Aprel , 2018 15:13
Cəlilabadda kənd sakinlərinin atları oğurlanıb

Cəlilabad. 22 aprel. REPORT.AZ/ Cəlilabadda kənd sakinlərinə məxsus atlar örüş sahəsindən oğurlanıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində baş verib.

Kənd sakini Rəcəb Məhərrəmov axşam saatlarında təsərrüfatında olan atı otlaması üçün örüş sahəsinə göndərib. Səhər isə məlum olub ki, naməlum şəxs və ya şəxslər atı oğurlayıblar. 

Eyni hadisə kənd sakini Əziz Nəcəfovun da başına gəlib. Onun da atı həmin gün eyni üsulla oğurlanıb.

Artıq hər iki faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi