Cəlilabadda kənd sakinləri internetdən şikayətçidir

Cəlilabadda kənd sakinləri internetdən şikayətçidir Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri internetdən şikayətçidir.
Hadisə
4 İyul , 2022 18:08
Cəlilabadda kənd sakinləri internetdən şikayətçidir

Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri internetdən şikayətçidir.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Onların sakinlərinin sözlərinə görə, demək olar ki, kənd ərazisində internet yox səviyyəsindədir:

"Kənddə internet yoxdur. Baxmayaraq ki, pul ödəyirik. Amma normal internet yoxdur. Bir az olur, sonra yenə də kəsilir".

Sakinlərin sözlərinə görə, kəndin bəzi əraziləriə ümumiyyətlə internet kabeli çəkilməyib:

"Çəkilən yerlərdə də problemlər var".

Problemlə bağlı "Aztelekom" MMC-dən "Report"a bildirilib ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində 108 internet istifadəçisi var və MMC-yə xidmətlə bağlı kütləvi şikayət daxil olmayıb:

"Son günlərdə yalnız bir istifadəçi internetlə bağlı müraciət edib və nasazlıq aradan qaldırılıb. Hazırda həmin kənddə telekommunikasiya şəbəkəsinin tikintisi üzrə işlər tam yekunlaşmaq üzrədir. Hər hansı bir nasazlıq aşkar olunarsa, ən qısa zamanda aradan qaldırılacaq".

Son xəbərlər

Orphus sistemi