Cəlilabadda keçmiş məhkumun avtomobilindən 2 kq-dan çox heroin götürülüb

Cəlilabadda keçmiş məhkumun avtomobilindən 2 kq-dan çox heroin götürülüb Cəlilabad rayonunda keçmiş məhkumun avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
11 Dekabr , 2019 12:39
Cəlilabadda keçmiş məhkumun avtomobilindən 2 kq-dan çox heroin götürülüb

Cəlilabad rayonunda keçmiş məhkumun avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Muğan kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynovun idarə etdiyi “VAZ-21015” markalı avtomobildən 2 kiloqram 630 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi