Yuxarı
    Bağlamaq

    Cəlilabadda kartofla dolu yük maşını aşıb, yolda tıxac yaranıb - FOTO

    Faktla bağlı araşdırma aparılır© Report.az

    Cəlilabad. 8 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda yük maşını aşıb. 

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunda rayonla Göytəpə şəhərinin arasından keçən hissəsində qeydə alınıb. 

    Belə ki, “Mercedes” markalı kartofla dolu yük maşını “QAZel” markalı yük maşını ilə toqquşub. Kartoflar yola dağıldığından magistralda bir müddət tıxac yaranıb. Hadisə zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi