Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb Cəlilabad. 23 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda itkin düşən 7-ci sinif şagirdləri tapılıb. 
Hadisə
23 Dekabr , 2017 11:54
Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabad. 23 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda itkin düşən 7-ci sinif şagirdləri tapılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad şəhər sakinləri - 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb Bakıya gediblər.  Uşaqları Bakı şəhərində metronun "Nizami" stansiyasının yaxınlığında şəkillərini sosial şəbəkədən görən vətəndaş saxlayıb, dərhal yaxınlarına xəbər verib. Hazırda uşaqlar Bakıdadırlar, yaxın saatlarda Cəlilabada göndəriləcəklər.

Doğmaları isə dərhal bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verib.

Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləridir.

İsmayıl Mətləb oğlu Əmənov

Son xəbərlər

Orphus sistemi