Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb Hadisə rayonun Adnalı kəndində qeydə alınıb
Hadisə
25 Sentyabr , 2017 23:11
Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

Cəlilabad. 25 sentyabr. REPORT.AZ/ Cəlilabadda ildırım mağazanı yandırıb.

“Report”un Aran bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb.

Belə ki, əvvəlcə küləklə müşayiət olunan güclü yağış yağıb. Yağıntı bir saata yaxın davam edib. Bundan sonra ildırımın düşməsi nəticəsində kənddə istifadəsiz qalan köhnə mağaza binası alovlanaraq yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğısöndürənlər tərəfindən yanğın söndürülüb.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi