Cəlilabadda ikiotaqlı ev yanıb - VİDEO

Cəlilabadda ikiotaqlı ev yanıb - VİDEO Bakı. 30 yanvar. REPORT.AZ/ Gecə saatlarında Cəlilabad rayonunun Alar kəndində yanğın hadisəsi baş verib.
Hadisə
29 yanvar 2019 20:53
Cəlilabadda ikiotaqlı ev yanıb - VİDEO

Bakı. 30 yanvar. REPORT.AZ/ Gecə saatlarında Cəlilabad rayonunun Alar kəndində yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə 1978-ci il təvəllüdlü kənd sakini Balakişiyev Rəcəb Orduxan oğluna məxsus 2 otaqlı yaşayış evində qeydə alınıb.

Dərhal hadisə yerinə Cəlilabad YMH-nin texnikası və canlı qüvvələri cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata görə, hər iki otaq tamamilə içərisindəki əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi