Yuxarı

Cəlilabadda iki qardaş həmkəndlilərinə 10-dan çox bıçaq xəsarəti yetiriblər - YENİLƏNİB

Hadisəni törədənlərdən biri saxlanılıb, digəri istintaqdan yayınıb

Cəlilabad. 25 aprel. REPORT.AZ/ Cəlilabadın Privolniye kəndində rayon sakinini bıçaqlayan şəxslərdən biri saxlanılıb, digəri isə qaçıb.

"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, axşam saatlarında kənd sakini Şahmarov Elvin Şirbala oğlu qardaşı Elgün ilə birlikdə qonşusu 1989-cu il təvəllüdlü Şükürov Elməddin Cavid oğluna 10-dan çox bıçaq xəsarəti yetiriblər. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisəni törədən qardaşlardan biri - Elvin Şahmarov saxlanılıb. Digər şəxs - Elgün Şahmarov isə qaçaraq, istintaqdan yayınıb.

Faktla bağlı istintaq araşdırması davam edir.


***21:34

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri Elgün Şahmarovla Elməddin Xəlil oğlu Şükürov arasında mübahisə yaranıb. Mübahisə zamanı E. Şahmarov üzərində gəzdirdiyi bıçaqla E. Şükürova çoxsaylı bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi