Bu gecə Cəlilabad rayonunda yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2107” və “VAZ 21011” markalı iki minik avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
