Cəlilabadda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb

Cəlilabadda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
1 May , 2017 14:14
Cəlilabadda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb

Cəlilabad. 1 may. REPORT.AZ/ Cəlilabad rayonunda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb.  

“Report”un Aran bürosu xəbər verir ki, aprelin 29-da avtomobillə vurulan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 29-da Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi