Yuxarı

Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan var

​Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan va

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi