Cəlilabadda heroin satan şəxs saxlanılıb

Cəlilabadda heroin satan şəxs saxlanılıb Araşdırma aparılır
Hadisə
29 Noyabr , 2018 11:06
Cəlilabadda heroin satan şəxs saxlanılıb
0 : 00
0 : 00

Cəlilabad. 29 noyabr. REPORT.AZ/ Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əmakdaşlarına təqdim edib.

"Report"un Aran bürosu xəbər verir ki, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi