Cəlilabadda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb

Cəlilabadda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb Cəlilabad. 6 mart. REPORT.AZ/ Cəlilabad rayonunda gənc oğlanı öldürən şəxs saxlanılıb.
Hadisə
6 Mart , 2018 10:26
Cəlilabadda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb

Cəlilabad. 6 mart. REPORT.AZ/ Cəlilabad rayonunda gənc oğlanı öldürən şəxs saxlanılıb. 

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Musalı kənd sakini, 22 yaşlı Sirus İlham oğlu Nəsirov martın 2-də evdən çıxıb və geri qayıtmayıb. Onun valideynləri Cəlilabad Rayon Polis Şöbəsinə gələrək S.Nəsirovun itkin düşməsi barədə məlumat veriblər. 

Cəlilabad Rayon Poliş Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti Musalı kəndinin dağlıq ərazisində tapılıb. İlkin müayinə zamanı onun öldürüldüyü aşkar olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Onlardan biri, rayonun Musalı kənd sakini, Seymur İsfəndiyar oğlu Muradov S.Nəsirovu öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırmalar davam  etdirilir. 

Son xəbərlər

Orphus sistemi