Cəlilabadda gənc oğlan kanala yıxılaraq boğulub

Cəlilabadda gənc oğlan kanala yıxılaraq boğulub Onun meyiti Alar kəndi ərazisində tapılıb
Hadisə
7 Aprel , 2018 18:18
Cəlilabadda gənc oğlan kanala yıxılaraq boğulub

Cəlilabad. 7 aprel. REPORT.AZ/ Cəlilabad rayonunun Alar kəndi ərazisində gənc oğlanın meyiti aşkar edilib.

“Report”un Aran bürosu xəbər verir ki, meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur.

İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan gəncin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi