Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var

Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
7 avqust 2021 14:09
Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi