Cəlilabadda partlayış baş verib, 4 nəfər xəsarət alıb

Cəlilabadda partlayış baş verib, 4 nəfər xəsarət alıb Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Hadisə
16 Mart , 2015 09:52
Cəlilabadda partlayış baş verib, 4 nəfər xəsarət alıb

Bakı. 16 mart. REPORT.AZ/ Cəlilabad şəhərində ikimərtəbəli evdə partlayış olub. "Report"  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 252 kv.m olan 10 otaqlı fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verib. Belə ki, yanğın evin 1-ci mərtəbəsində qeydə alınıb və sonradan partlayış olub. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi