Cəlilabadda eyni dükandan ikinci dəfə oğurluğa cəhd olub - FOTO

Cəlilabadda eyni dükandan ikinci dəfə oğurluğa cəhd olub - FOTO Cəlilabad. 10 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda naməlum şəxslər eyni dükandan növbəti dəfə oğurluq etməyə cəhd ediblər.
Hadisə
10 İyul , 2018 13:18
Cəlilabadda eyni dükandan ikinci dəfə oğurluğa cəhd olub - FOTO
Report
0 : 00
0 : 00

Cəlilabad. 10 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda naməlum şəxslər eyni dükandan növbəti dəfə oğurluq etməyə cəhd ediblər.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Axşam saatlarında naməlum şəxslər Sona Ağayevaya məxsus dükanın qapısındakı qıfılları xüsusi alətlərlə sındıraraq içəri daxil olmağa çalışıblar. Lakin qıfıllardan birini sınıdra bilməyən həmin şəxslər dükanın damındakı daşları sökməklə əməllərini həyata keçirmək istəyiblər. Onlar divardakı daşlardan ikisini çıxardıqdan sonra istifadə etdikləri alətləri də hadisə yerində qoyaraq ərazidən uzaqlaşıblar.

Dükan sahibi Sona Ağayeva deyib ki, bu dəfə naməlum şəxslərin oğurluq planı baş tutmasa da, bir müddət əvvəl baş vermiş analoji oğurluq zamanı ona 3 min manata yaxın maddi ziyan dəyib.

Fakatla bağlı polisə məlumat verilib. Cinayətkarların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi