Cəlilabad. 7 sentyabr. REPORT.AZ/ Bu gün Cəlilabad rayonunda evdən oğurluq olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Əliqamət Nəsirəddin oğlunun evinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 600 manat nağd pul oğurlayıblar.
Hadisə ilə bağlı polisə də müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.

