Cəlilabadda evdən oğurluq edən şəxslər tutulublar

Cəlilabadda evdən oğurluq edən şəxslər tutulublar Bakı. 4 fevral. REPORT.AZ/ Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evdən oğurluq edən rayon sakinləri saxlanılıblar.
Hadisə
4 Fevral , 2019 09:34
Cəlilabadda evdən oğurluq edən şəxslər tutulublar

Bakı. 4 fevral. REPORT.AZ/ Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evdən oğurluq edən rayon sakinləri saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad şəhəri M.Quliyev küçəsində yaşayan B.Şahbazov rayon polis şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən elektrik generatoru, videomaqnitafon, rəqəmsal peyk aparatı, kompüter monitoru, səsgücləndiricilər, həmçinin digər məişət əşyalarının oğurlandığını bildirib. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C.Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi