Cəlilabad rayonunda kirayə yaşadığı evdən meyiti tapılan gənc müəllimin qəfil ölümünün səbəbi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, Yardımlı rayon sakini, 1983-cü il təvəllüdlü Zəfər Şirzad oğlu Miriyevin ilkin ölüm səbəbinin pnevmoniya olduğu bildirilir.
Məlumata görə, mərhumun atası oğluna dəfələrlə zəng etsə də, telefona cavab verməyib. Daha sonra atası ev sahibinə zəng vurub. Ev sahibi də müəllimi ölü vəziyyətdə aşkar edərək, müvafiq orqanlara məlumat verib.
*** 8:23
Cəlilabad rayonunda orta məktəb müəlliminin meyiti tapılıb.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Maşlıq kənd orta məktəbində riyaziyyat müəllimi işləyən 1983-cü il təvəllüdlü Zəfər Şirzad oğlu Miriyevin meyiti kirayə qaldığı evdə aşkar edilib.
Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Müəllimin hansı səbəbdən ölməsi müəmmalı olduğundan onun meyiti müayinə olunması üçün
Faktla bağlı araşdırma aparılır.