Yuxarı

Cəlilabadda evdən 80 min manatlıq oğurluq edən şəxs həbs edildi

​Cəlilabadda evdən 80 min manatlıq oğurluq edən şəxs həbs edildi - RƏS

874

Cəlilabadda qaynının evindən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 4-də rayonun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən 1,2 mln rubl (31,8 min manat), 19 500 ABŞ dolları (33,2 min manat) və 15 000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb. 

O, ifadəsində törətdiyi cinayəti etiraf edib. 

Qeyd edək ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad RPŞ-də cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elvin İbayev

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi