Cəlilabadda evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb

Cəlilabadda evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb Bakı. 7 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb.
Hadisə
7 Sentyabr , 2018 13:47
Cəlilabadda evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərindəki evlərin birindən 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi