Cəlilabadda evdə yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda evdə yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Cəlilabad. 17 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğında xəsarət alan şəxsin kimliyi məlum olub.
Hadisə
17 Avqust , 2018 15:58
Cəlilabadda evdə yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabad. 17 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğında xəsarət alan şəxsin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, ev sahibi, 1951-ci il təvəllüdlü Məhəmməd Müseyib oğlu Əhmədov 2-ci dərəcəli yanıq xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyəti ağır olduğundan daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


*** 11:30

Cəlilabad rayonunda evdə yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində aynabəndin tavanı və döşəməsi 30 m² sahədə qismən yanıb.

Yüksək temperaturdan evin 7 ədəd pəncərəsi əriyib. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi