​Cəlilabadda evdə güclü partlayış olub, 4 nəfər xəsarət alıb

​Cəlilabadda evdə güclü partlayış olub, 4 nəfər xəsarət alıb Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb
Hadisə
6 Oktyabr , 2015 18:55
​Cəlilabadda evdə güclü partlayış olub, 4 nəfər xəsarət alıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Cəlilabadda fərdi yaşayış evində partlayışla müşayiət olunan yanğın olub. "Report" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Valeh İsaxan oğlu Sadıqova məxsus birmərtəbəli fərdi yaşayış evindəki otaqlardan birində anidən yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Yanğın zamanı evdə yol tikintisində çalışan 10 nəfərə yaxın fəhlə istirahət edirmiş. Hadisə baş verdikdən sonra onlar evdən bayıra çıxmağı bacarsalar da, fəhlələrdən 4-ü müxtlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə 3 yağınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb olunub. 3 otaq 2 eyvandan ibarət evin müəyyən hissəsi qismən yanğından mühafizə olunsa da, qalan hissəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

İlkin ehtimala görə, yanğına elektriklə çalışan əşyalardan birində baş verən nasazlıq səbəb olub.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə "Report"a bildirilib ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi