Cəlilabadda ər və arvada qarşı quldurluq edən şəxs tutulub

Cəlilabadda ər və arvada qarşı quldurluq edən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Aprel , 2016 12:25
Cəlilabadda ər və arvada qarşı quldurluq edən şəxs tutulub

Bakı. 25 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda quldurluq edən şəxs tutulub.

“Report”un xəbərinə görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon sakinləri Azər Mirzəyevə və arvadı Təranəyə taxta parçası ilə xəsarət yetirib evdən 1000 manat pul, 8000 manat dəyərində qızıl əşyalar və 2 ədəd mobil telefon aparan həmyerlisi Qalib Abdullayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi