Yuxarı

Cəlilabadda ər keçmiş arvadını və 12 yaşlı oğlunu baltalayıb - FOTO

Faktla bağlı araşdırmalara başlanılıb

Cəlilabad. 24 iyun. REPORT. AZ/ Cəlilabad rayonunda ər keçmiş həyat yoldaşını və 12 yaşlı oğlunu baltalayıb. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib. Kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşının evinə girərək üzərindəki balta ilə Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevin baş nahiyəsinə zərbələr endirib. Ardınca o böyük oğlu Fəridlə Əlbəyaxa olub.
Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb. Yaralılar qonşular tərəfindən xəstəxanaya çatdırılıblar. Ş.Qürbətovanın vəziyyəti ağır, oğlunun vəziyyəti isə orta ağırdır.

Məlumata görə,  arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan aliment pulunu ödəmirmiş. Bu da tərəflər arasında ciddi narazılığa səbəb olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi