​Cəlilabadda ər azyaşlı övladının gözü önündə arvadını bıçaqlayıb - FOTO

​Cəlilabadda ər azyaşlı övladının gözü önündə arvadını bıçaqlayıb - FOTO Qadının vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
137
6 May , 2016 00:31
​Cəlilabadda ər azyaşlı övladının gözü önündə arvadını bıçaqlayıb - FOTO

Bakı.6 may.REPORT.AZ/ Cəlilabad şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, insident Heydər Əliyev Seyrəngahında qeydə alınıb.

Rayonun Maşlıq kənd sakini Vaqif Əliyev keçmiş həyat yoldaşı, 31 yaşlı Aygün Soltanova ilə mübahisə edib. Daha sonra Vaqif Əliyev üzərindəki bıçaqla azyaşlı qızının gözü qarşısında keçmiş həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

O da məlum olub ki, tərəflərin hadisə baş verməmişdən bir neçə saat öncə rəsmi boşanmaları üçün məhkəmələri keçirilib. Hadisəni törədən Vaqif Əliyev artıq polis tərəfindən saxlanıb. Onun indiyə kimi bir neçə dəfə məhbusluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi