Cəlilabadda əlil qadının pensiya kartı oğurlanaraq hesabındakı pul çıxarılıb

Cəlilabadda əlil qadının pensiya kartı oğurlanaraq hesabındakı pul çıxarılıb Zərəçəkənin yaxınlarının sözlərinə görə, pensiya kartı evə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb
Hadisə
9 Yanvar , 2018 16:00
Cəlilabadda əlil qadının pensiya kartı oğurlanaraq hesabındakı pul çıxarılıb
Report

Cəlilabad. 9 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda birinci qrup əlil qadının pensiya kartı oğurlanaraq hesabındakı pul çıxarılıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Kənd sakini 54 yaşlı Leyla İmanovanın pensiya kartı evdəki masanın üstündən oğurlanıb. L.İmanovanın yaxınları onun şəxsiyyət vəsiqəsi ilə bankdakı hesabdan pulu çıxarmaq istəyiblər. Bu zaman məlum olub ki, bir neçə saat öncə 310 manat məbləğində nağd pul artıq kartın balansından çıxarılıb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, pensiya kartı evə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi