Cəlilabadda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vuraraq öldürüb - VİDEO

Cəlilabadda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vuraraq öldürüb - VİDEO Cəlilabad rayonunda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vurub.
Hadisə
23 Noyabr , 2019 23:26
Cəlilabadda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vuraraq öldürüb - VİDEO

Cəlilabad rayonunda elektrik cərəyanı xırda buynuzlu ev heyvanlarını vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Eçara kəndində qeydə alınıb.

Kənd sakini, Hüseynov Nürsəl Həmzə oğlunun təsərrüfatına məxsus bir baş qoyunu elektrik cərəyanı vuraraq öldürüb.

Təsərrüfat sahibi N.Hüseynovun verdiyi məlumata görə, qoyunlar transformatorun yaxınlığında ölüb: "Hadisə yerinə gələn işıq idarəsinin əməkdaşları bildiriblər ki, transformator nasazlıq səbəbindən ətrafa elektrik cərəyanı ötürürmüş. Hadisə də bu səbəbdən baş verib. Yaxşı ki, ora əvvəlcə biz yaxınlaşmamışıq. Yoxsa elektrik cərəyanı bizi də vura bilərdi".

Son xəbərlər

Orphus sistemi