Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda dava baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hələlik məlum olmayan səbəbdən düşən dava zamanı iki qardaş - rayonun Privolnoye kənd sakinləri - 1979-cu il təvəllüdlü Surac Məhərrəm oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Tural Məhərrəm oğlu Məmmədov döyülüblər.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.