Cəlilabadda bıçaqlanma hadisəsi olub

Cəlilabadda bıçaqlanma hadisəsi olub Vasif Əliyev xəstəxanaya yerləşdirilib
Hadisə
19 Noyabr , 2017 20:42
Cəlilabadda bıçaqlanma hadisəsi olub

Cəlilabad. 19 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü kənd sakini Əliyev Vasif Tofiq oğlu tanımadığı şəxs tərəfindən bud nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi