Cəlilabad. 17 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda aşan daş hasarın altında qalan şəxslərdən biri ölüb.
"Report"un Muğan bürosu xəbər verir ki, rayonun Komanlı kənd sakinləri - 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə daş hasar aşıb. Nəticədə E.İsmayılov ölüb, R.Əbilov isə ağır xəsarətlər alıb. R.Əbilovun vəziyyəti kritik olduğu üçün o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb.
Hadisənin dəqiq başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***18:21
Cəlilabad. 17 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Şıxlar kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq aşıb. Hadisə zamanı 2 nəfər daş hasarın altında qalaraq ağır bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Qeyd edək ki, dünən Badamdarda da sürüşmə zonasında hasar uçub.