Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub

Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
15 Aprel , 2021 15:00
Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, rayonun Günəşli kənd sakini Ragin Mirzəbala oğlu Niftullayev Qarazəncir kənd sakinləri Ceyhun Cabir oğlu Əliyevi və onun atası Cabir Saleh oğlu Əliyevi bıçaqlayıb.

Hadisə nəticəsində Cabir Əliyev ölüb, onun oğlu Ceyhun Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qətl qısqanclıq zəminində baş verib. R.Niftullayev həyat yoldaşının C.Əliyevlə münasibətlərindən şübhələnib. Bundan sonra onun yaşadığı evə gəlib. Onu birinci olaraq Cabir Əliyev qarşılayıb. Ragin özü ilə gətirdiyi bıçaqla Cabir Əliyevi ürəyindən vurub, daha sonra oğlunu bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi