Cəlilabadda yeniyetməni avtomobillə vuraraq öldürən müğənni saxlanılıb

Cəlilabadda yeniyetməni avtomobillə vuraraq öldürən müğənni saxlanılıb Cəlilabad rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb
Hadisə
9 May , 2021 21:43
Cəlilabadda yeniyetməni avtomobillə vuraraq öldürən müğənni saxlanılıb

Cəlilabad rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

“Report”un Muğan bürosu xəbər verir ki, avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Nəzərov Nihad Ramil oğlunu vurub.

Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi