Cəlilabadda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB Cəlilabad. 18 mart. REPORT.AZ/ Cəlilabad rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
Hadisə
111
18 Mart , 2018 20:41
Cəlilabadda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB

Cəlilabad. 18 mart. REPORT.AZ/ Cəlilabad rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

"Report"un Aran bürosu xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət almış 1939-cu il təvəllüdlü Cəmaləddin Seyfulla oğlu İmanovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, Hacıqabul rayon sakini Rəhim Zaur oğlu Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçmək istəyən C.İmanovu avtomobil vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


***20:04

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi